Ərzaqlar:
¼ yetişmiş şaftalı
1 ədəd kiçik armud
¼ alma
½ çay stəkanı yulaf əzməsi
½ çay stəkanı qatıq
½ çay stəkanı qaynar su
Hazırlanması:
Yulafı kasaya qoyub üzərinə qaynamış su əlavə edin. Suyu çəkərək yumşalmasını gözləyib sonra soyudun. Meyvələri rəndələyin. Qatıq ilə birlikdə yulafın üzərinə əlavə edin. 6 ayından yuxarı uşaqlar üçün qəlyanaltı olaraq verilə bilər. Alma, armud, şaftalı, banan, üzüm, ərik kimi meyvə pürelərinə bir, ya iki çay qaşığı ilə başlayın. Sonra miqdarı artıra bilərsiz.
Qeyd: Yulaf yumşalmadan və soyumadan meyvələri rəndələyib gözlətməyin. Vitaminləri ölə bilər.