1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boy qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir çimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə paprika – qırmızı bibər
3 xörək qaşığı (və yaxud zövqə görə zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri, yaxud hər hansı növ ağ pendir
Zövqə görə duz, döyülmüş qara istiot
Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.
İsti noxudlar bir qaba tökülüb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa, salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çörəklə birgə süfrəyə verilir.