Tarixdə bu gün - 08 sentyabr

Son güncelleme: 08.09.2015 21:23
  • Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    İlin 251-ci günü
    İlin sonuna 114 gün qalır

    Dünyada olan hadisələr

    70 — İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.

    1331 — Stefan Duşan özünü Serbiya kralı elan etdi.

    1296 — Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyuldu. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkildi. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir.

    1380 — Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğratdılar.

    1504 — Mikelancelo (Michelangelo di Lodovico Buonarroti Simoni) "David" heykəlini tamamladı.

    1514 — Orşa döyüşü. Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub etdilər.

    1522 — Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatdı. Magellan özü yolda vəfat etmiş, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıtmış, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalmışdı.

    1529 — Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.

    1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.

    1664 — Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirildi və sonradan Nyu-Yorkadlandırıldı.

    1831 — Varşava döyüşü. Varşava rus ordusu tərəfindən ələ keçirildi.

    1862 — Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.

    1886 — CAR-ın ən böyük şəhəri – Yohannesburqun əsası qoyulmuşdur.

    1888 — İngiltərə futbol liqasında ilk oyun keçirilmişdir.

    1926 — Almaniya Millətlər Cəmiyyətinə qəbul edilmişdir.

    1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.

    1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.

    1943 — İtaliya kralı III Viktor Emmanuil (Vittorio Emanuele III di Savoia) İtaliyanın müttəfiq qoşunlarına təslim olduğunu elan
    etdi.

    1944 — almanlar reaktiv Fau-2 (V-2) raketlərinin istifadəsinə başladılar. Gündüzlər Paris, gecələr isə London raket atəşinə məruz qalırdı.

    1946 — Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrildi.

    1951 — San-Fransiskoda Yaponiya və İkinci dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. SSRİsənədi imzalamamışdır.

    1952 — Ernest Heminqueyin (Ernest Miller Hemingway) "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxmışdır.

    1974 — Uotergeyt qalmaqalı – ABŞ prezidenti Cerald Ford (Gerald Rudolph Ford, Jr.) keçmiş prezident Riçard Niksonun(Richard Milhous Nixon) prezidentliyi dövründəki cinayətlərini əfv etdi.

    1978 — Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.

    1991 — Makedoniya Respublikası müstəqillik əldə etmişdir.

    alinti..
#08.09.2015 21:23 0 0 0