İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
İlin 260-ci günü
İlin sonuna 105 gün qalır
Dünyada olan hadisələr
1176-cı ildə Miryokefalon döyüşü. Səlcuqlar Bizans üzərində tam qələbə qazanıb.
1787-ci ildə ABŞ Konstitusiyası qəbul edilib.
1871-ci ildə İtaliya və Fransanı birləşdirən dəmir yol tuneli istifadəyə verilib.
1908-ci ildə Orvil Rayt (Orwill Wright) və onunla birlikdə uçan dostu Tomas Selfric (Thomas E. Selfridge), təyyarə qəzasına məruz qaldılar. Qəzadə vəfat edən Selfric, təyyarə qəzasında həyatını itirən ilk insan olub.
1922-ci ildə Berlində ilk səsli film nümayiş etdirilib.
1933-cü ildə Türkiyə Millətlər cəmiyyətinə üzv olub.
1939-cu ildə İkinci dünya müharibəsi: Sovet qoşunları Polşaya daxil olub.
1941-ci ildə İngilis və Sovet işğalı altındaki İranda Rza Şah taxtdan endirildi, yerinə oğlu Məhəmməd Rza Pəhləvi oturdu.
1961-ci ildə Adnan Menderes edam edilib.
1978-ci ildə Misirlə İsrail arasında Kemp-Devid sazişi imzalanıb.
1991-ci ildə Latviya, Litva, Estoniya, Şimali və Cənubi Koreya BMT-yə üzv olub.