Gül kələmi – 400 q.
Soğan – 1 baş
Sarımsaq – 2 diş
Parmezan pendiri – 100 q.
Zeytun yağı – 1 x.q.
Hind qozu – bıçağın ucunda
Duz
Hazırlanması: (15 dəq)
Zeytun yağında xırda doğranmış soğan və sarımsağı qızardın. Gül kələmini ayırıb 5-7 dəq. qaynadın. Pörtlədilmiş kələmi soğanla birlikdə qazana boşaldın və üzərinə kələmin qaynadığı sudan əlavə edin. Qapaqla ağzını bağlayın və tam bişənə qədər pörtlədin. Duzlayıb hind qozunu əlavə edin və blenderda üyüdün. İstiyə davamlı boşqaba qoyub üzərinə sürtgəcdən keçirilmiş pendiri səpin və sobada 180 dərəcədə bişirin. Qaymaq dadı əldə etmək üçün 2 x.q. qaymaq da əlavə edə bilərsiniz.