Badımcanla doldurulmuş bibər turşusu

Son güncelleme: 01.10.2015 18:33
  • Badımcanla doldurulmuş bibər turşusu - Badımcanla doldurulmuş bibər turşusu terifi - Badımcanla doldurulmuş bibər turşusunun terkibi - Badımcanla doldurulmuş bibər turşusu nece hazirlanir?

    noimage

    Tərkibi:

    5 orta boy bolqar bibəri
    2 orta boy badımcan
    1 dəstə şüyüd
    1 dəstə cəfəri
    2 baş sarımsaq
    3 ədəd ağ dənəvər istiot
    1 dəfnə yarpağı
    qovurmaq üçün bitki yağı

    marinad:
    125 ml su
    50 q şəkər tozu
    0,5 x.q. duz
    25 ml 9%-li sirkə

    (bu ərzaq 1 l-lik banka üçündür)

    Bolqar bibərini yuyun, toxumlarını çıxarın.
    Qaynayan suya salıb 5 dəqiqə bişirin, sonra çıxarıb bir qaba yığın.
    Badımcanları təmizləyib 0,5 sm qalınlıqda uzunasına dilimlərə doğrayın.
    Tavada bitki yağını qızdırıb badımcanların hər iki üzünü qızardın. Azca duz vurun.
    Göyərtini xırda doğrayın, sarımsağı əzin, ikisini yaxşıca qarışdırın.
    Badımcan dilimlərinin üzərinə göyərti-sarımsaq qarışığı səpib rulet kimi bükün.
    Sonra bu ruletləri bibərlərin içinə doldurun.
    Təmiz bankanın dibinə dəfnə yarpağı və dənəvər istiot qoyun.
    Bibərləri içinə yığın.
    Marinad: Suyu şəkər tozu və duzla qaynadın, sirkə əlavə edin. Marinadı bankadakı bibərlərin üzərinə tökün, bankanı 40 dəqiqə (1-litrlik) sterilizə edin. Qapağını bağlayıb soyuq yerdə saxlayın.

    Nuş olsun!


    Alinti..
#01.10.2015 18:33 0 0 0