Ətləri iki dəfə maşından çəkin. Qiymə, soğan, çiy göbələk, cəfəri, un və yumurtanı yaxşıca yoğurun. Bir miqdar yumurta ağını ruletin üzərinə sürtmək üçün ayırıb kənara qoyun. Yoğrulan qiyməyə duz, istiot və limon rəndəsini də əlavə edin. Qiyməni rulet halına salıb yağlanmış qaba qoyun. Üzərinə yumurta ağını sürtüb kənarlarına soyulmuş, çəyirdəkləri çıxardılmış, dilimlənmiş 2 pomidoru, 2 ədəd uzununa doğranmış və çəyirdəkləri çıxarılmış yaşıl bibəri qoyun. 1/5 stəkan suda əridilmiş tomat və marqarin yağını kotletin üzərindən qaba tökün. 200 dərəcədə isidilmiş sobanın orta qatında 30-35 dəqiqə ağzı açıq bişməyə qoyun. Kartof pürəsi, pomidor salatı ilə süfrəyə verin.