Böyürtkən souslu panna cotta

Son güncelleme: 06.10.2015 21:14
  • Böyürtkən souslu panna cotta - Böyürtkən souslu panna cotta terifi - Terkibi - Böyürtkən souslu panna cotta nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    400 ml çırpılmış krem

    ½ stəkan şəkər tozu

    200 ml soyuq süd

    Vanil

    3 yarpaq jelatin

    Sous üçün:

    1 stəkan böyürtkən

    1 stəkan su

    1 çay qaşığı buğda nişastası

    Hazırlanması:

    Yarpaq jelatinləri yumşaltmaq üçün 5 dəqiqə soyuq su dolu kasada saxlayın. Şəkər tozu, krem və südü qazana qoyun. Vanili əlavə edin. Bu qarışımı qaynayana qədər az odda bişirin. Yumşalmış jelatinlərin suyunu sıxaraq bu qarışıma əlavə etdikdən sonra qazanı sobadan götürün.
    Qarışdıraraq şirin qarışmın öz istiliyində əriməsinə çalışın.
    Şirniyyatı süfrəyə vermək üçün silikon, ya da birdəfəlik istifadəlik qablar götürün. Qarışımı süzgəcdən keçirib bu qablara tökün. 2 saat soyuducuda saxlayın.
    Sous üçün qazanın içinə nişastanı əlavə edib su ilə qarışdırın. Böyürtkənlərlə birlikdə 10 dəqiqə bişirin. Soyuyan şirniyyatı tərs çevirin və üzərinə böyürtkən sousundan əlavə edib servis qabına qoyun.

    Nuş olsun....


    Alinti...
#06.10.2015 21:14 0 0 0