Ayrılıq

Son güncelleme: 10.10.2015 01:42
  • Serler - Ayrılıq seri - Ayrılıq serini oxu - Sehriyar Allahyaroglunun serleri


    noimage

    Qəlbimdəki arzular
    Yeniləşib,çoxalıb.
    Daşada rəhmim gəlir,
    Könlüm yaman yuxalıb-
    Mən səndən ayrılandan.
    Heç özümdə bilmirəm,
    Niyə sevdim mən səni.
    Məhəbbət dəli edib,
    Unutmuşam mən-məni-
    Mən səndən ayrılandan.
    Ürəyimi kədərlə,
    Qəm-qüssəylə əzirəm.
    İnan mənə gözəlim,
    Gözü yaşlı gəzirəm-
    Mən səndən ayrılandan.
    Gözlərimə qan damıb,
    Könlümə qəm əkilib.
    Gülüş dodaqlarımdan,
    Sevinc qəlbdən çəkilib-
    Mən səndən ayrılandan.
    Əmr elə ey sultanım,
    Hər nə desən hazıram.
    Mən şair deyiləm yox,
    Dərdlərimi yazıram-
    Mən səndən ayrılandan.
    Yuxum ərşə çəkilib,
    Göz qırpmıram gecəni.
    Yatanda bilmirəm ki,
    Yuxuda görüm səni-
    Mən səndən ayrılandan.
    noimage
    Sehriyar Allahyaroglu
#10.10.2015 01:42 0 0 0