Payız depressiyasından qorunmaq üçün yeyin

Son güncelleme: 13.10.2015 00:29
  • Saglam olun - Depressiya - Payız depressiyasi - Sefali meyvaler

    Alma: Ürəyə faydalı flavanoidlər və antioksidan tərkiblidir. Əsl vitamin qabığında olduğu üçün yaxşıca yuyub qabıqlı yeyin.

    Heyva: Qəbzliyin qarşısını alır, bronxit və öskürəyə faydalıdır. Çəyirdəklərini qaynadıb içmək sinəni yumşaldır. Heyva çiçəyini bal ilə qarışdırıb yemək baş ağrısına yaxşı təsir edir. Heyva damar sərtliyi, qaraciyər sağlığı üçün də faydalıdır. Təzyiqi aşağı salır. Ödü nizama salır. Payız depressiyasından xilas olmaq üçün yarpaqlarını dəmləyib için.

    Balıq: Həftədə 2-3 dəfə mütləq yeyilməlidir. Balığın tərkibindəki Omega-3, fosfor və bəzi vitamin, minerallar hamiləlikdə ana qarnındakı körpənin inkişafı, uşaqlıq yaşında beyin inkişafı, yetkin və yaşıl insanlarda göz, qaraciyər, ürək və damar sağlığı üçün mühüm əhəmiyyətə malikdir. Balığı qızartmaq yerinə közləmə, buğlama kimi bişirin.

    Balqabaq: Vitamin, mineral, pəhriz lifi, Omega-3, antioksidan qaynağı olan balqabaq dəriyə faydalıdır. Betakaroten tərkibli balqabaq ağciyər, sütun, sidik kisəsi, serviks, döş və dəri xərçənginə yoluxma riskini azaldır. Ürək xəstəliklərinə qarşı qoruyur.

    Brüssel kələmi: Yaxşı dəmir mənbəyidir. Xərçəng başda olmaqla digər xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Bu qidanı 7 dəqiqə buxarda bişirib yesəniz, maksimum faydasını görəcəksiniz.

    Turp: Kökü yaxşı C vitamini qaynağıdır. Yarpaqlarında çox miqdarda A, K vitamini və folat olur. Dəmir bıçaqla təmas etdirməyin. Seramik, ya da şüşə rəndə ilə rəndələyib salatlarda istifadə edin. Qanı təmizləyir. Bağırsaqları təmizləyir, dəriyə yenilik verir, saçların sağlam olmasını təmin edir. Qəbzliyi aparır, stressi azaldır.

    Gül kələmi: Tərkibindəki fitokimyəvi maddələr sayəsində xərçəng əleyhinədir. Salat, püre, ya da qiyməli yemək şəklində bişirin.

    Nar: Bədəndə damar sağlığını, ürəyi qoruyur. Damar tıxanmalarına faydalı olan nar təzyiqi aşağı salır. Antioksidan tərkiblidir.

    Təzə qoz və fındıq çox yaxşı enerji qaynağıdır. Bədənə güc və enerji verir. Beyin və zehni yorğunluğu yox edir. Xolesterolu aşağı salır, hər gün bir ovuc yemək infarkt riskini azaldır.

    Armud: Bağırsaq sağlığı üçün çox faydalıdır. Közdə və qaynatma üsulu ilə bişirib, şirniyyat halına gətirib yeyə bilərsiniz.

    Fərizə ƏHMƏDOVA
#13.10.2015 00:29 0 0 0