İspanaqlı xəngəl resepti

Son güncelleme: 17.10.2015 20:39
  • İspanaqlı xəngəl resepti - İspanaqlı xəngəl terifi - İspanaqlı xəngəl terkibi - İspanaqlı xəngəl nece hazirlanir?

    noimage

    Tərkibi:
    Xəmir üçün:
    Yarım kq un,
    1 dənə yumurta,
    2 su stəkanı su,
    1 şirniyyat qaşığı duz,Xərc üçün:
    1dənə soğan,
    Yarım kq ıspanaq,
    Yarım dəstə doğranmış təzə soğan,
    1 şorba qaşığı duz,

    Sos üçün:
    2-3dənə pomidor,
    2 şorba qaşığı zeytun yağı,

    Servis üçün:
    Qatıq,

    Hazırlanması:
    Əvvəlcə doğranmış soğanı duzla ovun.
    Daha sonradoğranmış ıspanakq və təzə soğanla qarışdırın.
    Xəmir üçün un, yumurta, su və duzu yoğurub , yumşaq bir xəmir əldə edin.
    Limon böyüklüyündə kündələr ayırıb , yuvarlaq şəkildə açın.
    İçlərinə bir çay qaşığı xərç qoyup, yarım ay şəklində qapadın.
    Qaynar suda 5 dəqiqəyə yaxın bişirin.
    Sos üçün rəndələnmiş pomidor və zeytun yağını 10 dəqiqə bişirib soyumağa qoyun.
    Xəngəlin üzərinə qatıq və pomidor sosu gəzdirib servis edin.

    Nuş olsun!

    alinti..
#17.10.2015 20:39 0 0 0