Tarixdə bu gün - 23 oktyabr 2015

Son güncelleme: 23.10.2015 13:00
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    İlin 296-ci günü
    İlin sonuna 69 gün qalır

    732-ci ildə Puatye döyüşündə ərəblər məğlub oldu.
    1714-cü ildə Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lui ilə görüşüb.
    1814-cü ildə Tibb tarixində ilk plastik əməliyyat İngiltərədə keçirilib.
    1942-ci ildə Əl- Əlameyn döyüşü başladı.
    1946-cı ildə Nyu-Yorkda BMT-nin ilk sessiyası keçirilib.
    1954-cü ildə Almaniya NATO-ya daxil oldu.
    1956-cı ildə Macarıstanı antisovet üsyanı bürüdü.
    1958-ci ildə SSRİ Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı. Bəndin layihəsini Bakıdakı elmi-tədqiqat institutları hazırlayıb.
    1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb.
    1983-cü ildə Beyrutda amerikan və fransız sülhməramlılarının kazarmasına kamikadze hücumu nəticəsində 300-dən çox əsgər həlak olub.
    1991-ci ildə SSRİ Dövlət Şurasının («Avqust qiyamı»ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin «sökülməsi»ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.
    1996-cı ildə Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib.
    1998-ci ildə Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb.
    2000-ci ildə Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar ediblər.
    2003-cü ildə Moskva nın Dubrovka teatrında çeçen terrorçular 800 tamaşaçını girov götürdülər. Girovlar arasında Azərbaycan vətəndaşları da vardı.
    2002-ci ildə ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.
    2007-ci ildə Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlanıb.


    alinti...
#23.10.2015 13:00 0 0 0