Allahın elçisi – İbrahim peyğəmbər(ə.s)

Son güncelleme: 31.10.2015 11:49
  • Islamda - Allahın elçisi – İbrahim peyğəmbər(ə.s) - İbrahim peyğəmbər(ə.s) haqqinda


    noimage

    Din tarixinə görə, İbrahim peyğəmbər (ə.s) oğlu İsmayılı Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Bu mərasim İslam dinində vacib sayılıb və hər il Həccə gedən zəvvarlar Mina dağı ətəklərində, eləcə də dünya müsəlmanlarının yaşadıqları ölkələrdə qurbanlar kəsiblər.

    İbrahimin Tövrata görə əsasən üç arvadı olub: Sara, Həcər və Hettura. Bundan başqa, onun həmçinin, məlum olmayan sayda kənizləri də olub.

    Babil camatı öz əlləri ilə bütlər hazırlayır və onları allah bilirdilər. O vaxt Babildə hökmuran Nəmrud bin Kənan bin Kuş idi. O, öz bildiyi kimi ölkəni idarə edir, camahatın cahilliyindən istifadə edərək özünü allah adlandırır, camaatın ona sitayiş etməsini istəyirdi. Belə bir zamanda Babilistanın Ur kəndində İbrahim peyğəmbər dünyaya gəldi. Ibrahim peyğəmbər öz tayfasını bir olan Allaha sitayiş etməyə, bütlərə inanmamağa çağırırdı. Tayfası isə bütlərə inam babalarımızdan qalıb deyərək, onun fikirlərini rədd edirdilər.

    Bir gün İbrahim peyğəmbər şəhər əhlinin şənlikdə olduğu zaman girib bütün bütləri dağıtdı və sındırdı. Baltanı isə ən böyük bütün çiyninə qoydu.

    Şəhər camahatı qayıdıb bu mənzərəni gördükdə qəzəbləndilər. Onlar İbrahim peyğəmbərdən şübhələndikləri üçün İbrahim peyğəmbəri tutaraq gətirdilər kahinlərin yanına. Kaminlər məhkəmə qurdular və ondan bu işi nə üçün gördüyün soruşdular. İbrahim peyğəmbər isə onların suallarına cavab olaraq dedi: Bəlkə bu işi ən böyük allahınız görüb. Kahinlər bu cavabın qarşısında aciz qaldılar və nə xeyirsiz, nə də ziyansız taxta parçalarının heç nə olduqlarını etiraf etdilər.

    İbrahim peyğəmbərin Kahinləri xalq qarşısında üzü qara etməsi və bütpərəsliklə mübarizə aparması Kahinləri və onların başçılarını narahat edirdi. Odur ki, İbrahim peyğəmbəri öldürməyi qərara aldılar. Onlar İbrahim peyğəmbəri odda yandırmaq üçün böyük bir tonqal qaladılar. İbrahim peyğəmbərin əlini-qolunu bağlayıb odun içinə atdılar, lakin, od İbrahimin əl-qolunu bağlayan kəndirləri yandırıb onu azad etdi. Allah peyğəmbəri üçün odun şölələrini sərin etdi. Beləliklə də İbrahim peyğəmbər odun içindən sağ-salamat çıxdı.

    Bu möcüzəni görən camaat az qala ona iman gətirəcəkdilər. Lakin, kafir vəzifə sahibləri vəzifələrini və dünya malını haqqdan yuxarı tutduqları üçün İbrahim peyğəmbərə iman gətirmədi. Bir qismi isə bundan qorxub çəkildi. Bir qismi isə iman gətirsə də qorxularından imanlarını gizlətdilər.

    Alinti..
#31.10.2015 11:49 0 0 0