Sallanan yanaqlar üçün maska

Son güncelleme: 31.10.2015 19:31
  • Deriye qulluq - Uz baximi - Maska - Maskalar - Sallanan yanaqlar - Sallanan yanaqlar haqqinda - Sallanan yanaqlar ucun maska nece hazirlanir?

    noimage

    Güzgünün qarşısında dayanın və 10 saniyə boyunca ürəkdən gülümsəyin, sonra dincəlin və bunu 5 dəfə təkrarlayın.

    Yanaqlarınızı şar şişirirmiş kimi hava ilə doldurun. Bunu 10 saniyə edin, rahatlayın və 5 dəfə təkrarlayın.


    Avokado və bal maskası

    Dərinizi qidalandıraraq, formasını qazanmasına və nəmləndirməsinə yardım edən avokado qırışların yaranmasının qarşısını alır və əzələlərin qidalanmasına yardım edir. Yarım avokadonun içini iki xörək qaşığı bal ilə qarışdırın. Bunu yanaqlarınıza 15 dəqiqə boyunca sürtün. Yatmadan əvvəl etməniz daha məsləhətədir. 15 dəqiqə sonra yuyun.

    Sadə qatığı aloe vera ilə qarışdıraraq krem hazırlaya bilərsiniz. 4 xörək qaşığı sadə qatıq ilə iki yemək qaşığı aloe vera gelini bir qabda qarışdırın. Fırça ilə üzünüzə çəkib 20 dəqiqə gözləyin. Bunu hər gün etsəniz, dərinizdəki sallanmalara nə qədər faydalı odluğunu görəcəksiniz.

    Arıqlayarkən üz sallanmağa başlayır. Buna görə üz əzələlərini güclü tutan qidalarla qidalanmalısınız. Proteinlə zəngin tərəvəz yeyin. Dərinizi nəmli tutmaq üçü bol su için.

    Fərizə ƏHMƏDOVA
#31.10.2015 19:31 0 0 0