Təpədən dırnağa gözəlləşdirən xardal yağı

Son güncelleme:
  • xardal yağı - xardal yağı haqqinda - xardal yağınin faydalari

    noimage


    Xardal yağı geniş şəkildə istifadə edilməsə də, həm gözəllik, həm də sağlamlıq məsələlərində ən effektli vasitələrdən sayılır. Tərkibində omeqa 3 yağ turşusu, dəmir, fosfor, lif, kalsium, sink və maqnezium var.

    Xardal yağının faydaları:
    *Qaşıntını aradan qaldırır.
    *Sellülit və çatları azaldır.
    *Xardal yağı ilə başı masaj edildikdə ağrısı dayanır.
    *Ayaqların və ombanının arıqlaması, formaya düşməsi üçün həmin bölgələri xardal yağı ilə masaj etmək lazımdır.
    *Əzələ ağrılarını azaldır.
    *Arıqlamaq istəyənlərə tövsiyə edilir.
    *Dəri hüceyrələrini ətraf mühitin mənfi təsirindən qoruyur.
    *Xardal yağı saç üçün də faydalıdır. Saçı günəşin və saç feninin mənfi təsirindən qoruyur
    *Saçların tökülməsinin qarşısını alır. Daha parlaq görünməsini təmin edir.

    Bəs, xardal yağından necə istifadə etmək lazımdır?

    Əgər xardal yağı ilə ayaqlarınızı incəltmək istəyirsinizsə, 1 xörək qaşığı suyun içərisinə 3-5 damcı yağ töküb həmin bölgəni masaj edin.

    Bu yağdan üz dərinizə qulluq üçün istifadə edəcəksinizsə, zeytun yağı ilə qarışdırın.

    Saçlarınızın daha gözəl və sağlam görünməsi üçün isə 1 stəkan suya 1 damcı xardal yağı töküb yaxşıca qarışdırmaq və içmək lazımdır. Gündə bir dəfədən artıq içmək olmaz. Hər ehtimala qarşı mütləq həkimlə məsləhətləşin.


    Alinti..
0 0 0