Tarixde bu gün - 01 noyabr 2015

Son güncelleme: 01.11.2015 19:13
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
    noimage

    İlin 305-ci günü
    İlin sonuna 60 gün qalır

    1604-cü ildə Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun "Uaytholl" sarayında səhnəyə qoyulub.
    1800-cü ildə ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olub.
    1897-ci ildə İtaliya futbol klubu Yuventus qurulub.
    1906-cı ildə "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb.
    1907-ci ildə Rusiyada III Dövlət Duması fəaliyyətə başlayıb.
    1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilib.
    1925-ci ildə İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
    1927-ci ildə Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilib.
    1939-cu ildə Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilib.
    1939-cu ildə Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilib.
    1939-cu ildə Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.
    1950-ci ildə Azərbaycan Texniki Universiteti fəaliyyətə başlayıb.
    1993-cü ildə Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb.
    1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Şurasının ilk toplantısı keçirilib.
    1994-cü ildə Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub.
    1999-cu ildə Ankarada prezident Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
    1998-ci ildə Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.
    2008-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalayıb.

    alinti..
#01.11.2015 19:13 0 0 0