Tarixde Bugün-28 Fevral

Son güncelleme: 27.02.2010 21:27
  • 28 fevral. İlin sonuna 304 gün qalır.


    1525. Sonuncu astek imperatoru Kuohtemok ispanlar tərəfindən öldürülüb
    1806. Fransız ordusu Barselonanı işğal edib
    1825. Böyük Britaniya və Rusiya arasında Alyaskanın sərhədlərini müəyyən edən saziş imzalanıb
    1838. Robert Nelson Aşağı Kanadanın (indiki Kebek əyaləti) müstəqilliyini elan edib
    1854. ABŞ-ın Respublikaçılar partiyası yaradılıb
    1922. Misir Böyük Britaniyadan ayrılaraq öz müstəqilliyini elan edib
    1935. Amerikan kimyaçısı Uolles Karozers neylonu kəşf edib
    1940. İlk dəfə basketbol yarışı ABŞ-da televiziya vasitəsilə canlı yayımlanıb
    1947. Tayvanda xalq qiyamı yatırılıb. Qiyamçılar böyük itki verib
    1952. Osloda VI Qış Olimpiya oyunları sona çatıb
    1952. Milli qəhrəman Elman Hüseynov anadan olub
    1956. ABŞ-da kompüterlər üçün şəbəkə naqilləri patentləşdirilib
    1960. ABŞ-da VII Qış Olimpiya oyunları sona çatıb
    1962. Vaşinqton yeni nüvə sınağının Sakit okeanda keçiriləcəyini elan edib
    1975. Londonda metro qəzası nəticəsində 43 nəfər həlak olub
    1986. İsveçin baş naziri Olof Palme Stokholmda sui-qəsd nəticəsində öldürülüb
    1990. Rusiya Kinematoqraflar Birliyi yaradılıb
    1992. Azərbaycan Respublikası ABŞ və Hindistanla diplomatik əlaqələr qurub
    1992. Fevral ayı ərzində ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində 77 azərbaycanlını qətlə yetirib
    1993. Ermənilər Şimali Qafqazda Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladıb. Terror aktı nəticəsində əksəriyyəti azərbaycanlı olan 11 nəfər həlak olub, 18 nəfər yaralanıb
    1995. Azərbaycan Respublikası və Nepal arasında diplomatik əlaqələr qurulub
    1996. Rusiya Avropa Şurasına üzv olub
    1996. Şahzadə Diana Şahzadə Çarlzla 14 illik evlilikdən sonra boşanmağa razı olduğunu bildirib
    1997. İranın şimal-qərbində baş verən güclü zəlzələ nəticəsində min nəfərdən çox insan həlak olub
    2002. Hindistanın Əhmədabad kəndində müsəlmanlara aid evlərin atəşə tutulması nəticəsində 55 nəfər həlak olub.

    Günün aforizmi

    "Xoşbəxtin Bədbəxtə ağıl dərsi verməsi çox asandır".
    Esxil



#27.02.2010 21:27 0 0 0