Mersin tantunisi və soğan salatı resepti

Son güncelleme: 05.11.2015 20:37
  • Mersin tantunisi və soğan salatı resepti - Mersin tantunisi və soğan salatı terifi ve terkibi - Mersin tantunisi və soğan salatı nece hazirlanir?

    noimage

    Tərkibi (4-6 əd.):

    tantuni:
    1 kq az yağlı qiymə
    1 ç.q. qara istiot
    1 ç.q. duz
    1 ç.q. pul bibər
    1 ç.q. zirə
    ədviyyat (zövqə görə;)
    lavaş

    soğan salatı:
    3 baş ağ soğan
    yarım dəstə cəfəri
    3 pomidor
    sumax
    duz
    limon suyu

    Hazırlanması:

    Qiyməni vam odda 15 dəqiqə, suyunu buraxıb çəkənə qədər bişirin, sonra az-az su əlavə edin, tam bişdikdən sonra ocaqdan götürün. Vam odda bişməsi önəmlidir.
    Ət bişən müddətdə soğan salatını hazırlayın. Soğanı soyub nazik doğrayın. Bir az duz qatıb əlinizlə ovun, acısı çıxsın deyə çoxlu suyla yuyun.
    Soğanın suyunu süzün, sumax qatıb əlinizlə qarışdırın.
    Cəfəri və pomidorları doğrayın, limon şirəsi, duz qatıb qarışdırın.
    Bişmiş ətə duz, ədviyyat qarışdırın, lavaşın ortası boyu ət və soğan salatı qoyun, dürmək kimi bükün.

    Nuş olsun!
#05.11.2015 20:37 0 0 0