Qaymaqlı poğaça

Son güncelleme:
  • Qaymaqlı poğaça - Qaymaqlı poğaça terifi - Qaymaqlı poğaçanin terkibi - Qaymaqlı poğaçanin hazirlanisi

    noimage

    Vəsaitlər:
    125 g qaymaq
    Yarım çay stəkanı zeytunyağı
    Yarım su stəkanı rəndələnilmiş ağ pendir
    1 çay stəkanı qatıq
    1 yumurta
    1 şirin qaşığı quru nanə
    1 çay qaşığı duz
    1 paket qabartma tozu
    Aldığı qədər un

    Üzəri üçün:
    1 yumurta sarısı

    Hazırlanması:
    Qaymaq, zeytun yağı, rəndələnilmiş ağ pendir, qatıq, yumurta, quru nanə və duzu bir yoğurma qabına alın. Qabartma tozu və unu əlavə edərək yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar qoparın. Unlu dəzgah üzərində açıb üçbucaq parçalar kəsin. Bu parçaları saracaq şəkil verin. Yağlı kağız seriyalı soba nimçəsinə düzün. üzərlərinə yumurta sarısı sürtün. Əvvəldən isidilmiş 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin.

    Nuş olsun!

    alinti..
0 0 0