Tərkibi:
2 su stəkanı un
1 çay qaşığı karbonat
8 yemək qaşığı bal
½ çay qaşığı qabartma tozu
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 su stəkanı şəkər
1 yemək qaşığı maye yağ
2 ədəd böyük yumurta
¼ su stəkanı soyudulmuş hazır qəhvə
2 ədəd böyük alma
Hazırlanması:
Sobanı 180 dərəcəyə istilədin.
Un, karbonat, qabartma tozu, duz və darçını bir ələkdən keçirin.
Şəkər, yağ və yumurtanı mikserlə çırpın.
Mikseri bağlayıb balı əlavə edin və təkrar qarışdırın.
Quru qarışığı və qəhvəni əlavə edib təkrar qarışdırın.
Almaları iricə kub formasında doğrayıb taxta qaşıqla qarışığa əlavə edin.
180 dərəcədə 1 saat 10 dəqiqə bişirin.
Karamel alma və toz darçınla bəzəyərək xidmət edin.