Fındıqlı pudinq

Son güncelleme: 08.11.2015 20:25
  • Fındıqlı pudinq - Fındıqlı pudinq terifi - Fındıqlı pudinqin terkibi - Fındıqlı pudinq nece hazirlanir?

    noimage

    Vəsaitlər:

    Yarım su stəkanı fındıq içi
    2 su stəkanı süd
    2 şorba qaşığı manna yarması
    2 şorba qaşığı şəkər tozu
    1 şorba qaşığı rəndələnmiş limon qabığı
    1 şirin qaşığı toz vanil
    Bir tutam duz
    2 ədəd yumurta sarısı

    Çiyələk sous üçün:
    Yarım kq çiyələk
    Yarım çay stəkanı şəkər tozu

    Hazırlanması:

    Fındıq içini robotda toz halına gətirin. Dərin bir qazanda fındıq, şəkər, manna yarması, süd və bir tutam duzu qarışdırın. Batıq atəşdə, qoyulaşıncaya qədər qarışdıraraq 10-15 dəqiqə bişirin. Qazdan alıb, vanil və rəndələnmiş limon qabığını əlavə edərək qarışdırın. Yüngül ilıqlananda iki yumurta sarısını puding əlavə edib, yedirənə qədər qarışdırın. Əvvəldən yağlanılmış qəlibin içinə boşaldıb benmari üsulu 30 dəqiqə bişirin. Soyuducuda 1 saat gözlədin. Soyuduqdan sonra xidmət qabına çıxarın. Çiyələk sous üçün çiyələk, şəkər tozu və çiyələk likörünü robotdan keçirin. Sousu puding üzərinə gəzdirib xidmət edin.

    Nuş olsun...
#08.11.2015 20:25 0 0 0