Ülvi Məhəbbət - Rafət Rəşidoğlu

Son güncelleme:
  • Rafət Rəşidoğlu şeirləri - Ülvi məhəbbət şeirin oxu

    Əsirin olmağa nə var ki, gülum,
    Pərişan tellərin zəncirim olsa.
    Qorxutmaz məşəqqət, nə də ki, ölüm,
    Çəkdir əzabını nə qədər varsa.

    Ala gözlərini dikib gözümə,
    Bir an da buraxma heç nəzərindən.
    Ayağın ağrayar, daş üstə gəzmə,
    Xalıtək sər məni, kec üzərimdən.

    Sürünüm arxanca kölgətək sənin,
    Durum qulluğunda, hər nə istəsən.
    Əgər lazım olsa bu ürək sənin,
    Həmən verəcəyəm, təki istə sən.

    Hava qaralanda saxla yanında,
    Qalım keşiyində, rahat uyu sən.
    Gözünü yumanda, röyalarında,
    Yenə də istərəm, məni görəsən.

    İşıqlar sönəndə qıymadan məni,
    Yandır şam əvəzi sübh açılınca.
    Necə kül eyləyir şam pərvanəni,
    Mən də kül olaram, sən oyanınca.

    Sevilə bilmədim fani həyatda,
    Əsirin olmağı çox görmə mənə.
    Ölmək istəyəndə ayağın altda,
    Nə olar, Rafətə yox demə yenə...

    Rafət Rəşidoğlu
0 0 0