Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 7 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Sevgi cəfası - Rafət Rəşidoğlu
Sevgi cəfası - Rafət Rəşidoğlu
338
Son güncelleme:
13.11.2015 13:05
Sbela
Rafət Rəşidoğlu şeirləri - Sevgi cəfası şeirin oxu
Kim deyir ki, hər gözəlin,
Sevgisinə vəfası var?
Birtərəfli məhəbbətin,
Görünməyən cəfası var.
Vurulmuşam bir gözələ,
Ömrüm dönübdür xəzələ,
Uymayır şeirə qəzələ,
Çox böyük iddası var.
Rədd eləyir məhəbbəti,
Üstün tutur var-dövləti,
Ataların var söhbəti.
Ki, saf eşqin səfası var.
Qaşları kaman kimidir,
Gözləri badam kimidir,
Baxırsan adam kimidir,
Duruşu var, ədası var.
Səhranın bəyaz günəşi,
Yandırır yaxır atəşi,
Çox sürməyəcək nə'şəsi,
Bir ayrılıq havası var.
Hələ ki, geç deyil, Rafət,
Gəl özünə eylə hörmət,
Alınmaz belə məhəbbət,
Bu sevdanın xətası var,
Bu sevdanın xətası var.
Rafət Rəşidoğlu
#13.11.2015 13:05
0
0
0
Önceki Konu:
Ülvi Məhəbbət - Rafət Rəşidoğlu
Sonraki Konu:
Kədərlərin qalıb məndə - Rafət Rəşidoğlu
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma