Çiyələkli jileli tort

Son güncelleme: 14.11.2015 16:30
  • Çiyələkli jileli tort - Çiyələkli jileli tort terifi - Çiyələkli jileli tortun terkibi - Çiyələkli jileli tortu nece hazirlanir?


    noimage


    Keks üçün

    6 yumurta
    7 yemək qaşığı un
    7 yemək qaşığı toz şəkər
    1 çay qaşığı qabartma tozu

    Krem üçün

    Yarım su stəkanı un
    2.5 su stəkanı süd
    1 paket vanil
    1 yemək qaşığı nişasta
    1 yemək qaşığı marqarin
    Yarım su stəkanı toz şəkər
    1 yemək qaşığı xaşxaş toxumu
    Üzəri üçün
    500 qr çiyələk
    1 su stəkanı su
    Yarım su stəkanı toz şəkər
    2 yemək qaşığı nişasta
    1 paket vanil

    Çiyələkləri mətbəx robotundan keçirərək püre halına gətirin. 4 yemək qaşığı qədər ayırıb qalanını sous qazanına alın. Nişastanı su ilə nazildib çiyələyə əlavə edin. Şəkər və vanili də əlavə edib orta atəşdə tündləşənə qədər bişirin. Baton keks qəlibinə kalqa çəkin və sousu doldurun. Buz yerində saxlayın. Keks üçün, yumurta ağı ilə şəkəri yaxşıca çırpın. Yumurta sarılarını tək-tək əlavə edin. Un və qabartma tozunu qarışdırın və qarışığa ələyərək əlavə edin. Xəmiri yağlı soba nimçəsinə əlavə edin və 185 dərəcə sobada bişirin. Soyumağa buraxın. Krem üçün, yağ xaric digər vəsaitləri qazana alın və orta odda davamlı qarışdıraraq tündləşənə qədər bişirin. Qazın üzərindən götürüb yağı əlavə edin və mətbəx robotunda bir neçə dəqiqə çırpın. Keksi qəlibə uyğun ölçüdə kəsib çiyələkli qatın üzərinə yerləşdirin və ayırdığınız sousun yarısını qaşıqla keksin üzərinə əlavə edin. Kremi üzərinə doldurub qalan sousu əlavə edin və təkrar bir qat keks ilə bağlayın. Bir gecə soyuducunda gözlətdikdən sonra qəlibdən çıxardın və istəyə görə üzərini bəzəyərək süfrəyə verin.

    Nuş olsun....

    alinti,,
#14.11.2015 16:30 0 0 0