Tarixdə bu gün - 16 noyabr 2015

Son güncelleme:
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    Qriqorian təqvimi ilə ilin 320-ci günü (uzun illərdə 321-ci). İlin sonuna 45 gün qalır.

    1869 — Süveyş kanalı formal olaraq açılmışdır.
    1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
    1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
    1920 — Stalin Leninə teleqramında "Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək" - deyə xəbərdarlıq etmişdir.
    1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti "Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə" qərar verib.
    1933 — Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əaqələr qurmuşdur.
    1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
    1945 — YUNESKO təsis edilmişdir.
    1988 — EstoniyaSSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul etmişdir
    1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.


    alinti..
0 0 0