Dietik yaşıl mərcimək salatı - Dietik yaşıl mərcimək salatı terifi ve terkibi - Dietik yaşıl mərcimək salatın hazirlanmasi
Tərkibi:
2 su stəkanı yaşıl mərcimək
Yarım dəstə yaşıl soğan
1 dəstə cəfəri
3 yemək qaşığı zeytun yağı
limon
duz, qara bibər (zövqə görə
Hazırlanması:
Mərciməkləri yuduqdan sonra yumuşalana qədər qaynadın. Suyunu süzdükdən sonra bir qaba qoyun. Təzə soğanları xırda-xırda doğradıqdan sonra cəfərini də həmin qaydada doğrayın və mərciməyin içinə töküb qarışdırın. Zeytun yağı və limon suyunu qarışdırıb üzərinə tökün. Pomidor dilimi ya da turşu ilə zövqünüzə görə bəzəyib süfrəyə verin.