Qan dövranı çatışmazlığı haqqında

Son güncelleme:
  • Qan-Damar sistemi xəstəlikləri - Qan dövranı çatışmazlığı - Qan dövranı haqqında - Qan dövranının pozulması - Qan dövranının tənzimlənməsi

    Patoloji bir vəziyyət olub qan daşıyıcı sistemin nəqliyyat - mübadilə fnksiyasının normal həyata keçirməsinin mümkün olmaması ilə xarakterizə olunur.Nəticədə orqan , toxuma və hüceyrələrin funksiyaları da pozulur.Ürək çatmamazlığı ilə əlaqədar olub , hüceyrə metobolizminin və strukturunun pozulması , durğunluq,distrofiya və nekrozun əmələ gəlməsi ilə müşayət olunur.Damarların ilkin zədələnməsi , məsələn ateroskeleroz , ürək səviyyəsində zədələnməyə səbəb olur ki , bu da ürək çatmamazlığına gətirib çıxarır.Ürək və damarlar arasında bu asılılığı nəzərə alaraq klinisistlər çox zaman onları bir sindrom kimi – ürək-damar çatmamazlığı kimi birləşdirir.Damar çatmamazlığı anayışı altında arterial, venoz və mikrosirkulyator damarların funksiyalarının pozulması nəzərdə tutulur.

    Damar çatmamazlığı generalizə olunmuş,regionar, kəskin və xroniki olur.

    Generalizə olunmuş kəskin damar çatmamazlığı - kollaps, şok,şüurun , huşun aydın olmaması , miokard infarktı üçün,xroniki isə – arterial və venoz tonusun davamlı zəifliyi ,ürək dekompensasiyası zamanı müşahidə olunur.

    Regionar kəskin damar çatmamazlığı kompression proseslər,tromboz,emboliya,damar tonusunun pozulması,arteriaların spazmı ilə xarakterizə olunur.Regionar çatmamazlıq ürəyin işemik xəstəliyi – koronar çatmamzlıq,serebrovaskulyar xəstəliklər,qaraciyər venasının tromboflebiti , aşağı ətraf venalarının varikoz genişlənməsi ilə bir sırada durur.

    Qan dövranı çatmamazlığının patogenezində uyğunlaşma,kompensasiya,dekompensasiya mərhələləri ayırd olunur.

    Uyğunlaşma mərhələsi tənzimlənmə proseslərinin aktivləşməsi,neyrohumoral tənzimlənmə ilə xarakterizə olunur.

    Kompensasiya mərhələsi ürək və damarların struktur dəyişiklikləri ilə xarakterizə olunur.Arteriyaların periferik müqavimətinin artması halında kompensasiya ürəyin işinin atrması hesabına olur ki ,bu da ürəyin hipertofiyası ilə nəticələnir.Arterial təzyiqin davamlı düşməsi hallarında kompensator olaraq qan dövranının mərkəzləşməsi baş verir.Hipoksiyaya az həssas olan toxumalarda isə qan axını zəifləyir.Venoz kollaterallar böyüyür,dalaq və qaraciyər ölçüləri böyüyür.

    alinti..
0 0 0