FHN itkin düşənlərin meyitlərinin tapılmasının fotosunu yayıb

Son güncelleme: 08.12.2015 13:11
  • itkin düşənlərin tapılması - partlayışda həyastını itirənlərdən biri - FHN-nin xilasəetmə işləri davam edir
    noimage
    Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından foto yayıb.

    FHN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də qeydə alınmış fotoda nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.

    Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

    Hadisə baş verən zaman özüldə 63 nəfər olub.

    Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.

    alıntı

#08.12.2015 13:11 0 0 0