Bir həftə əvvəl Suriyaya gedən iki türkiyəli jurnalistdən 4 gündür ki, xəbər yoxdur.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Gerçek Hayat” jurnalının Orta Şərq üzrə müxbiri Adəm Özköse və operator Həmid Coşqun Haytaydan Suriyanın İdlib şəhərinə gediblər. Jurnalistlər İdlibə çatıblar. Lakin 4 gün əvvəl onlarla əlaqə kəsilib.
Xatırladaq ki, iki gün əvvəl Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ağır döyüşlərdən sonra İdlib şəhərini nəzarətə götürüb.