Jurnalist Elman Malıyev həbs olunub

Son güncelleme: 07.06.2010 11:25
  • noimage



    Elman Malıyev xeyli miqdarda ziyan vurmaqla dələduzluğa görə yaxalanıb

    Tanınmış jurnalist Elman Malıyev həbs olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.


    Məlumata əsasən, Binəqədi Rayon Polis İdarəsindən 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan Elman Malıyev iyunun 6-da tutulub.



    Qeyd edək ki, Elman Malıyev “Ekspress”, “Yeni Müsavat” və digər qəzetlərin əməkdaşı olub. O, daha əvvəl də həbs olunub.

    Vüqar Baba
    LENT.AZ
#07.06.2010 11:25 0 0 0