
rəngi saralardı. Mən gələndə Xanım Zəhra (s.ə
təngnəfəs olardı. Mən gələndə digər Imamların (ə
halı dəyişərdi, bədənləri titrəyərdi. Məni tanıyanlar bildilər ki, mən kiməm. Tanımayanlar da az sonra tanıyacaqlar.
kimi mənim gəlişimdən rəngin saralır? Yoxsa, sən mənim gəlişimdən xəbər tutmursan?! Yoxsa, sənin başın qatışır dünyana?! Yoxsa, sən digər işləri məndən üstün tutursan?! Yoxsa, mən gələndə deyirsən ki, gözlə, əlimdəki bu yazını qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə filankəslə danışım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə iclasımı qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə hələ, sənin vaxtın var gözləməyə, mənim bu işləriminsə vaxtı yoxdur, bitirməliyəm. Yoxsa, mən gələndə deyirsən ki....
mən gələndə rəngi saralardı. Ondan bunun səbəbini soruşanda, deyərdi ki, "Elə bir əmanəti qaytarmağın vaxtı gəlib çatmışdır ki, onu asimanlara və yerlərə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. İnsan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanətin əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox”. 