yaxın olacaq.» (Furqan, ayə 77)
İmam Həsənə (ə
vəsiyyətindən: «Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hicab qoymamış və səni bir vasitəçi gətirməyə vadar etməmişdir... Sonra öz xəzinələrinin və sərvətlərinin açarı olan duanı və Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, sən istədiyin vaxt dua etməklə Onun xəzinələrinin qapısını açarsan.» (Biharul-Ənvar, c.77, səh.204, hədis1)
: «Dua rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır.» (Biharul-Ənvar, c.93, səh.300, hədis 37)
: «Yer üzündə Allahın ən çox sevdiyi iş duadır.» (əl-Kafi, c.2, səh.467, hədis 8)
: «Dua möminin sipəridir.» (əl-Kafi, c.2, səh.468, hədis 7)
: «Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası var.» (Məkarimul-Əxlaq, c.2, səh.12, hədis 2008)
: «Dua et və demə ki, iş işdən keçibdir (yəni, nə yazılıbsa o da olacaqdır). Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olmaz.» (əl-Kafi, c.2, səh.466, hədis 3)
: «Dua iti silahdan daha çox təsirlidir.» (Biharul-Ənvar, c.93, səh.297, hədis 25)
: «Peyğəmbərlərin silahından yapışın.!» Soruşdular: «Peyğəmbərlərin silahı nədir?» Buyurdu: «Dua.» (əl-Kafi, c.2, səh.468, hədis 5)
: «Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar.» (əl-Kafi, c.2, səh.469 , hədis5)
: «Həmişə dua edin. Çünki Allah dərgahına dua edib, Ondan istəmək ilahi qəzavü-qədərdə yazılan və yalnız həyata keçməsi qalan bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha dua olunsa və Ondan istənilsə, Allah-taala bəlanı birdəfəlik geri qaytarar.» (əl-Kafi, c.2, səh.470 , hədis8)
: «Bəla dalğalarını dua ilə geri qaytarın. Başı bəlalar çəkmiş, bəladan canı boğazına yığılmış şəxsin duaya olan ehtiyacı asudə yaşayan, ancaq bəladan amanda olmayan şəxsdən çox deyil.» (Biharul-Ənvar, c.93, səh.301 , hədis37)
: «Hər kəs, ona bəla yetişə biləcəyindən narahat olarsa və bəlanın gəlişindən əvvəl dua edərsə, Allah-taala heç vaxt ona bəla göndərməz.» (Məkarimul-Əxlaq, c.2, səh.10 , hədis1992)
Sən Cəhənnəm əhlindənsən.» (Zümər, ayə 8)
vəhy etdi:«Xoşluqda və rahatlıqda Məni yad et ki, çətinlikdə və sıxıntıda sənin duanı qəbul edim.» (Biharul-Ənvar, c.93 səh.381 , hədis6)
: «Layiqlisi budur ki, mömin çətinlik və sıxıntı vaxtı dua etdiyi kimi, xoşluq və rahatlıqda da elə dua etsin.» (əl-Kafi, c.2, səh.488 , hədis1)
vəhy etdi: «Ehtiyacın olan hər bir şeyi-hətta qoyunların otunu və xəmirinin duzunu da- Məndən istə.!.» (Biharul-Ənvar, c.93, səh.303 , hədis39)
: «Öz kiçik hacətlərinizi xırda və az əhəmiyyətli hesab etməyin. Çünki Allahın ən çox sevdiyi möminlər daha çox dua edən kəslərdir.» (Məkarimul-Əxlaq. c.2, səh.97 , hədis2275)
: «Kim pak və müqəddəs olan Allahın (rəhmət) qapısını döysə, o qapı üzünə açılar.» (Ğurərul-Hikəm, hədis 8292)
: «Allah-taala kimin üzünə dua və istək qapısını açıbsa, qəbul qapısı da onun üzünə açılmışdır.» (Biharul-Ənvar, c.78, səh.113 , hədis7)
: «Niyə bizim dualarımız qəbul olunmur?» deyə soruşan bir dəstə adama cavabından: «Çünki tanımadığınız bir Kəsi çağırırsınız.» (Biharul-Ənvar, c.93, səh.368 , hədis4)
«Gərək Mənim də‘vətimi qəbul etsinlər və Mənə iman gətirsinlər.» ayəsi barədə buyurduqlarından: «Yəni bilsinlər ki, Məndən istədikləri şeyi, onlara verə bilərəm.» (Biharul-Ənvar, c.93, səh.323 , hədis37)
Allah-taala «Məni çağırın, sizə cavab verim..» buyurur, bəs biz dua etsək də, niyə dualarımız qəbul olunmur?» sualına cavabında: «Çünki sizin qəlbləriniz səkkiz xəyanət etmişdir. Onların birincisi budur ki, siz Allahı tanıdınız, amma Onun haqqını sizə vacib etdiyi kimi yerinə yetirmədiniz. Buna görə, Allahı tanımağınızın sizə bir faydası olmadı... Siz, dua qapılarını və yollarını bağlayandan sonra sizin hansı dualarınız qəbul olunar?.» (Ə‘lamud-Din, səh.269)
: «Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır.» (Biharul-Ənvar, c.93, səh.321 , hədis31)
: «Allah-taala daş qəlbdən gələn duanı qəbul etməz.» (əl-Kafi, c.2, səh.473 , hədis1)
: «Hər zaman sizlərdən birinin qəlbi kövrəlsə, dua etsin. Çünki qəlb xalis və pak olmayınca kövrəlməz.» (əl-Kafi, c.2, səh.477 , hədis5)
: «Bəndə Allahdan bir hacət diləyən zaman Allah-taala öz şəninə görə yaxın gələcəkdə, ya bir qədər tə‘xirə salaraq onun duasını qəbul edər. Amma, bəndə sonradan günah edər. Belə olan halda Allah-taala Mələyə deyər: Onun diləyini yerinə yetirmə və onu (nemətdən) məhrum et. Çünki o, özünü Mənim qəzəbimə duçar etdi və Mənim tərəfimdən məhrumiyyətə layiq oldu.» (Biharul-Ənvar, c.75, səh.329 , hədis11)
: «Allah-taala Məryəm oğlu İsaya vəhy etdi: Bəni İsrailin zadəganlarına de ki.... Mən sizin heç birinizin və boynunda mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını qəbul etmərəm.» (əl-Xisal, səh.337 , hədis40)
: «Allah-taala buyurmuşdur: And olsun izzəti-cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və Lənəti qəbul etmərəm.» (Biharul-Ənvar, c.75, səh.312 , hədis20)
:«Pak və müqəddəs Allahın kərəmi Onun hikmətinə zidd deyil. Buna görə hər dua qəbul olunmur.» (Ğurərul-Hikəm, hədis 3487)
vəsf etmək.
: «Dua Məhəmməd və Əhli-Beytinə salavat göndərilən vaxtadək daim hicabdadır.» (əl-Kafi c.2, səh.491 , hədis1)
:«Kim Allahdan bir hacət istəsə Məhəmmədə və Əhli-Beytinə salavat göndərməklə başlasın, sonra hacətini diləsin və axırda yenə Məhəmməd və ali Məhəmmədə salavat göndərsin. Çünki Allah-taalanın şəni və şərəfi duanın əvvəlini və axırını qəbul edib, ortasını isə qəbul etməməkdən daha yüksəkdir. Belə ki, Məhəmməd və Əhli-Beytinə salavat Allahdan gizlin qalmaz.» (Məkarimul-Əxlaq, c.2, səh.19 , hədis2040)
: «Allahdan bir hacət istəyəndə de: «Pərvərdigara! Məhəmməd və Əhli-Beytinin haqqına Səndən istəyirəm...Çünki o ikisinin Sənin yanında (ali) məqamları vardır.» (Əl-Dəəvat, səh.51 , hədis127)
: «(Duada) Əvvəlcə Allahı mədh etmək və sonra günahı e‘tiraf edib hacəti diləmək lazımdır.» (Biharul-Ənvar, c. 93, səh.318 , hədis23)
nəsihətlərindən:«Ey İsa! Məni qəmli halda, köməyinə heç kəs gəlməyən və suda batan şəxs kimi çağır... Məni yalnız xar, zəlil, ahu-zar edə-edə və xalis niyyətlə çağır. Məni bu halda çağırsan, sənə cavab verərəm.» (Biharul-Ənvar, c.93, səh.314 , hədis19)
:«Allahın Rəsulu (s) dua vaxtı bir qədər yemək istəyən yazıq, dilənçi kimi əllərini göyə qaldırardı.» (Məkarimul-Əxlaq. c.2, səh.8 , hədis1981)
: «Kim düzgün dəstəmaz alıb, iki rəkət namaz qılsa, onun rukusu və səcdələrini kamil şəkildə yerinə yetirsə, sonra salam verib Allahı, peyğəmbəri mədh etsə və hacətini istəsə yerində istəmişdir. Hər kim yerində xeyir və yaxşılıq istəsə naümid qayıtmaz.» (Biharul-Ənvar, c.93, səh.314 , hədis20)
: «Heç vaxt xahiş və istəyi çox bilməyin. Çünki Allah dərgahında olanlar sizin düşündüyünüzdən daha çoxdur.» (Məkarimul-Əxlaq. c.2, səh.97 , hədis2275)
oğlu Həsənə (ə
vəsiyyətindən: «Allahdan özün üçün elə şey istəməlisən ki, onun gözəlliyi və xeyri sənə (əbədi) qalsın, ağırlığı və əziyyəti səndən uzaq olsun. Mal və sərvət sənə, sən də onlara qalmayacaqsan.» (Biharul-Ənvar, c.77, səh.205 , hədis1)
: «Qoca qarı Musadan (ə
nə istəmişdir?» sualına cavabından: «O qarı dedi:«Yalnız o vaxt bu işi görərəm ki, mənim üçün bir neçə əməli yerinə yetirsən. Ayağımı zirək edəsən, gözümün nurunu və cavanlığımı mənə qaytarasan və özünlə bərabər Cənnətdə mənə də yer verəsən.» (Mən la yəhzuruhul-Fəqih, c.1, səh.193 , hədis594)
: «Hər zaman dörd nəfər yığılıb bir dilək üçün Allah dərgahına dua etsə, onlar duaları qəbul olunmuş halda bir-birindən ayrılarlar.» (əl-Kafi, c.2, səh.487 , hədis2)
:«Dua edəndə elə zənn et ki, hacətin qapının astanasında dayanıb.» (əl-Kafi, c.2, səh.473 , hədis1)
sözlərini nəql edən bu ayəni oxudu: «Tezilklə Rəbbimdən sizin bağışlanmanızı istəyəcəm.» Həzrət (s) buyurdu:«Onlar üçün (dua etməyi) sübh vaxtına saxladı.» (əl-Kafi, c.2, səh.477 , hədis6)
: «Üç vaxtda Allah duanı geri qaytarmaz: «Vacibatı yerinə yetirəndən sonra, yağış yağan zaman və yer üzündə Allahın möcüzələrinin əlamətləri zahir olan vaxt (məsələn günəşin tutulması və s...).» (Biharul-Ənvar, c.85, səh.321 , hədis8)
: «Allaha and olsun, ilahi dərgahdan israrla və təkidlə öz hacətini istəyən elə bir mömin bəndə olmayıb ki, Allah-taala onun hacətini yerinə yetirməsin.» (əl-Kafi, c.2, səh.475 , hədis3)
: «Ey dua edən, mümkün olmayan və rəva bilinməyən şeyləri Allahdan istəmə.» (əl-Xisal, səh.635 , hədis10)
: «Mömin hövsələsizlik etməyib, əlini naümid halda duadan çəkənədək daim Allahın xeyir, rifah və rəhmətindədir» (Rəvayətçi deyir) Ərz etdim:«Necə hövsələsizlik edər?» Buyurdu:«Xeyli müddətdir ki, dua etsəm də, qəbul olunmasını görmürəm» deməklə» (Biharul-Ənvar, c.93, səh.374 , hədis16)
vəhy etdi: «Ey Davud! Mənim əmrimə itaət edən bəndənin diləyini Mənə deməmiş yerinə yetirərəm və Məni çağırmamış ona cavab verərəm.» (Biharul-Ənvar, c.93, səh.376, hədis 16)
: «Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.» (Tənbihul-Xəvatir, c.2, səh.108)
: «Qəlbindən Allahın razılığını qazanmaqdan başqa bir şey keçirməyənə Allahın onun duasını qəbul edəcəyini zəmanət verirəm.» (Biharul-Ənvar, c.43, səh.351 , hədis25)
: «Allah-taala, heç bir işində insanlara ümid bəsləməyən və özünün bütün işlərini Allaha tapşıran şəxsin hər bir duasını qəbul edər.» (Biharul-Ənvar, c.75, səh.110 , hədis16)
: «Qur‘an oxuyan kəsin gec, ya tez qəbul olunmuş bir duası vardır.» (Biharul-Ənvar, səh.313, hədis 17)
: «Dörd nəfərin duası qəbul olunmaz: Evində oturub «ey Allahım, mənə ruzi yetir!.» deyən kişinin. Allah-taala ona buyurar: «Məgər sənə qalxıb ruzi dalınca getməyi əmr etməmişəmmi?» Öz arvadına Lənət edən kişinin. Allah-taala ona buyurar: «Məgər onun işini sənə tapşırmamışammı?» Var-dövlətini hədərə verən kişinin. O, deyər: «Ey Allahım! Mənə ruzi ver.» Allah buyurar: «Məgər sənə qənaətcil olmağı əmr etmədimmi?.» Öz malını sənəd və şahid olmadan başqasına borc verən şəxsin. Allah-taala ona deyər: «Məgər sənə göstəriş vermədimmi ki, (borc verən zaman) sənəd və şahid tutasan.» (əl-Dəəvat, səh.33)
: «Duanın qəbul olunmasının gecikdirilməsi sənin ümidini kəsməsin. Çünki Allahın bəxşişi sənin niyyətinə bağlıdır. Çox vaxt, istəyin yerinə yetirilməsi tə‘xirə salınar ki, dilək diləyənə daha böyük mükafat verilsin və (ilahi bəxşişə
ümidvar olana daha böyük bəxşişlər bağışlansın. Çox vaxt görürsən ki, bir şey istəyəndə sənə verilməz, amma gec, ya tez ondan daha yaxşısı sənə bəxş edilər, yaxud sənin xeyrin nəzərə alınaraq istədiyin şey sənə verilməz. Elə diləklər də vardır ki, onların həyata keçməsi sənin dininin, imanının əldən getməsinə və zay olmasına gətirib çıxarardı.» (Kəşful-Muhəccəte, səh.228)
: «Allah-taala buyurmuşdur: «And olsun izzəti-cəlalıma, əzəmətimə və böyüklüyümə ki, dünyada öz dostuma Məni yad etməyi ona unutduran bir şeyi verməyə çəkinirəm. Çünki istəyirəm ki, o, Məni çağırsın və Mən onun səsini eşidim. Kafiri isə arzusuna çatdıraram. Çünki ona nifrət edirəm və istəmirəm ki, Məni çağırsın və onun səsini eşidim.» (ət-Təmhis, ayə 33 , hədis17)
: «Bir kişi Əmir-əl- möminin (ə
yanına gəlib ərz etdi:«Mən Allahı çağırıram, amma bir cavab almıram.» Həzrət buyurdu: «Çünki sən Allahı Ona məxsus olmayan sifətlərlə vəsf edirsən (çağırırsan). Həqiqətən, duanın dörd xüsusiyyəti var: Batini ixlas, niyyət, vasitəni tanımaq və istəkdə insaflı olmaq. Sən bu dörd məqamdan agah olduğun haldamı dua edirsən?» Ərz etdi: «Xeyr.» Həzrət buyurdu: Belə isə, bunları öyrən (və bu dörd məqama diqqət yetirərək dua et).» (Tənbihul-Xəvafir, c.1, səh.302)
: «Möminin duası üç cür olar: Ya onunçün ehtiyat saxlanar, ya dünyada yerinə yetirilər, ya ona yetişmək istəyən bəlanı geri qaytarar.» (Tuhəful-Uqul, səh. 280)
: «Mömin axirətin gözəl mükafatlarını görəndə arzu edər ki, ey kaş, dünyada onun dualarının heç biri qəbul olmayaydı.» (əl-Kafi, c.2, səh.491 , hədis9)