Depressiyanın mənbəyi olan 3 məhsul

Son güncelleme:
  • Depressiya - Depressiyanın mənbəyi olan 3 məhsul nədir


    Alimlər sinir sisteminə zərər verərək insanda dipressiya yaradan məhsulların adlarını sadaladılar. Keçirdikləri araşdırmaların əsasında alimlər kofe, şirniyyat və qırmızı əti gündəlik rasiondan xaric etməyə məsləhət görür.

    Əksəriyyətinin səhəri elə məhz kofe ilə açılır. Kofenin həddən artıq istifadəsi insanda kofeindən asılılıq yaradır, beləliklə kofe dopinqə çevrilir. Belə insanlar bir gün kofe içməsə yorğunluq və fiziki əzginlik hiss edirlər.

    Şirniyyat sevərlərin orqanizmi çoxlu miqdarda insulin ifraz edir. Orqanizmə daxil olan şəkəri həzminə çoxlu energiya sərf olunur. Bundan əlavə şirniyyat da asılılıq yaradır. Və, təbii ki, şirniyyat sevərlərin yığdığı artıq çəki də keflərinin pozulmasına gətirib çıxarır.

    Depressiya yaradan üçüncü məhsul - qırmızı ətdir. heyvani zülali qida mədədə gec həzm olunur, və orqanizmdə sinir sisteminə mənfi təsir göstərən toksinlərin yığılmasına səbəb olur.

    alıntı..
0 0 0
```[cite: 10]