Sarmısağın saç diblərinə zərəri

Son güncelleme: 24.04.2016 22:15
  • Saçlara qulluq - Saç baxımı - Sarmısağın saç diblərinə nə kimi zərəri var

    noimage

    Saç diblərinin güclənməsi üçün saça sarımsaq sürtmək, ölkəmizdə istifadə edilən ən geniş yayılmış saç baxımı üsullarından biridir.

    Lakin dermatoloqlar saçqıran, tükləri möhkəmlətmək, yaxud tökülməsin qarşısını almaq məqsədilə saça sarımsaq sürtməyin zərərli olduğunu deyir. Daha çox qadınlarda rast gəlinən saç qıran problemi kişilərdə də saqqal qismində yaşanır.
    Tədricən saçın, saqqalın müəyyən hissəsi keçəlləşir. Bu problemin səbəbi stress, qan azlığı, vitamin əskikliyi, guatr kimi xəstəliklər hesab olunur. Bir çox xəstəliklər saçqırana səbəb olur, əsas da stress. Stress tük köklərinə, hüceyrələrə hücum edərək onları öldürür.
    Bu səbəbdən ötəri tüklər tökülür. İnsanlar isə dərman içib əsas səbəbi aradan qaldırmaq yerinə saça sarımsaq sürtmək üstün tuturlar. Sarımsağın tərkibində tük köklərini qıcıqlandıraraq çıxaran maddə var.
    Ümumiyyətlə, saçqıran problemi yaşayanların tez-tez qan analizi verməsi, stressə qarşı müalicə alması məsləhətdir.

    alıntı..
#24.04.2016 22:15 0 0 0