Zərif gilas piroqu resepti

Son güncelleme: 29.04.2016 19:44
  • Zərif gilas piroqu resepti - Zərif gilas piroqu tərifi - Zərif gilas piroqu tərkibi - Zərif gilas piroqu necə hazırlanır


    noimage

    Tərkibi:
    Xəmir üçün:
    100 q 9%-li kəsmik
    1 yumurta
    2 x.q. şəkər tozu
    3 x.q. süd
    75 q kərə yağı və ya marqarin
    2 ç.q. qabartma tozu
    1,5-2 st. un

    İçi üçün:
    1,5 st. çəyirdəksiz gilas

    Sous üçün:
    3 yumurta
    100 ml 10%-li qaymaq
    200 q kəsmik
    3 x.q. şəkər tozu
    1 x.q. mannı

    Hazırlanması:
    Kəsmiyi yumurta və şəkər tozu ilə çalın. Süd, əridilmiş yağ, qabartma tozu ilə qarışdırılmış un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.

    Xəmiri yağlanmış siniyə qoyun, kənarlarını qaldırın (qabın formasını təkrarlasın).

    Sousun ərzaqlarını mikserlə çalın. Gilasları xəmirin üstünə düzün. Sousu üstünə əlavə edin.

    Əvvəlcədən qızdırılmış sobada 30-40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır piroqun üstünə şəkər pudrası səpə bilərsiniz.

    Nuş olsun!


    alıntı..
#29.04.2016 19:44 0 0 0