Aşıq Əli övladları ilə efirə çıxdı

Son güncelleme: 17.09.2016 02:56
  • noimage

    Aşıq Əli övladları ilə birgə “Ondan sonra” verilişinə qatılıb. Lent.az-ın məlumatına görə, ifaçı verilişdə uşaqlarından söz açıb: “Bir qızım, bir oğlum var. Qızımın adı Həqiqət, oğlumun adı Yusifdir. Hara gedirəmsə, qızım məni gözləyir. Yəni məni görməmiş yatmır. Ümumiyyətlə, gərək qız övladının nazını çəkəsən. O nə istədisə, verəsən. Çünki bilmirsən ki, gələcəkdə böyüyüb, kimə gedəcək, nə cür adamla ailə quracaq. Bəlkə də mən səhv edirəm, amma qızımın nazını çox çəkirəm. Hələ ki, qızımın dörd yaşı var, uşaq bağçasına gedir. Oğlum isə bağçaya getmir. Tərbiyəyə gəldikdə isə uşağa çox azadlıq vermək lazım deyil”.

    Qeyd edək ki, Əlidən savayı verilişə müğənni Xatirə İslam da övladı ilə gəlib.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#17.09.2016 02:56 0 0 0