Pendirli bulka resepti

Son güncelleme: 08.10.2016 23:04
  • noimage

    Tərkibi:
    Xəmir üçün:
    ● Duz - 1 x.q.
    ● Un (buğda) - 5 st.
    ● Yumurta (toyuq) ağı - 1 ədəd
    ● Yağ (bitki) - 0.5 st.
    ● Şəkər tozu - 2 x.q.
    ● Nişasta (qarğıdalı) - 0.5 st.
    ● Süd - 2 st.
    ● Maya (quru) - 1 paket

    İçlik üçün:
    ● Pendir (feta, ağ brınza)
    ● Cəfəri - zövqə görə

    Üzərinə çəkmək üçün:
    ● Yumurta sarısı - 1 ədəd
    ● Yağ (bitki) - 2 ç.q.

    Hazırlanması:
    1) Xəmir: iliq süddə mayanı həll edin. Yumurta ağı, şəkər tozu, duz, və bitki yağı əlavə edin və qarışdırın;

    2) Nişasta əlavə edin və düyünlər qalmayana qədər qarışdırın;

    3) Tədricən ələnmiş un əlavə edin və yumşaq xəmir yoğurun. Üstünü dəsmalla örtün və iki dəfə artana qədər mayalanmaya buraxın;

    4) İçlik: ağ pendiri əzin, narın doğranmış cəfəri ilə qarışdırın;

    5) Xəmirdən xırda kündələr düzəldin, kündəni azacıq yayın və ya əl ilə yastıladın, üzərinə içlik qoyun, xəmirin uclarını birləşdirin, çimdikləyin;

    6) SOBA listini yağlayın, bulkaların tikiş yeri aşağı olmaqla listə düzün. Üzərinə yumurta sarısını bitki yağı ilə qarışdırıb çəkin, çəngəl ilə cizgilər çəkin;

    7) 180 dərəcə qızdırılmış SOBAda qızarana qədər 30 dəq. bişirin. Həm isti, həm də soyuq şəkildə süfrəyə vermək olar.

    Nuş olsun!

    alıntı..
#08.10.2016 23:04 0 0 0