Cığatel İsaqızı - Neynərsən axı

Son güncelleme:
  • Deyirsən, zülümsən -zülüm,
    Zülümü neynərsən axı ? ..
    Burax ,ürəksiz tutduğun ,
    Əlimi neynərsən axı ?!

    Necə deyim getmə ,dayan,
    Axı, halım sənə əyan .
    Əlçim-əlçim yel darayan,
    Telimi neynərsən axı ?!

    Bir vaxt dönərsən,gec olar,
    Bu sevda yükü güc olar .
    Xəzan vurar ,bağım solar ,
    Gülümü neynərsən axı ?!

    Yaxar ,Cığateli ,yaxar,
    Gəl ,atdığın oddan çıxar,
    Sən gəlincə külüm çıxar ,
    Külümü neynərsən axı ?!
0 0 0