Sarımsaqlı xaşlama resepti

Son güncelleme: 17.10.2016 11:54
  • Tərkibi:
    ● Duz - zövqə görə
    ● Bibər (bolqar) böyük - 2 ədəd
    ● Soğan (baş) böyük - 2 ədəd
    ● Pomidor - 2 ədəd
    ● Ət (qoyun) - 1 kq.
    ● İstiot
    ● Piy (quyruq) - 100 qr.

    Sarımsaqlı qatıq üçün:
    ● Sarımsaq - 4 diş
    ● Qatıq - 1 st.

    Hazırlanması:
    1) Qoyun ətini və quyruğu bpyük tikələrlə doğrayın. Qazanın dibinə dairəvi yığın;

    2) Baş soğanı, pomidor və bolqar bibərini iri halqalar şəklində doğrayın, acı istiotu xırda doğrayın;

    3) Doğranmış tərəvəzləri dairəvi şəkildə qat - qat düzün, duzlayın. Orta odda 15 dəq. bişirin, üstünün kəfini yığın;

    4) Sonra odunu azaldın və vam odda qapağı örtülü vəziyyətdə 3 saat bişirin. Qarışdırmayın. Öz şirsində və buğunda bişməlidir. Hazır olmağa yaxın suyu buxarlanır və yarısı qalır. Ət sümükdən ayrılana qədər bişirin.

    5) Süfrəyə verərkən üzərinə öz şirəsini və ya sarımsaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün, sarımsağı duzla birlikdə əzin, üzərinə qatıq töküb qarışdırın.

    Nuş olsun!
#17.10.2016 11:54 0 0 0