Heyva dolması resepti

Son güncelleme: 17.10.2016 11:58
  • Tərkibi:
    6 ədəd heyva,
    150 q qiymə,
    1\2 su stəkanı düyü,
    4 yemək qaşığı kərə yağı,
    2 yemək qaşığı tomat,
    1 soğan,
    1 dəstə təzə nanə,
    2 stəkan su,
    1 ovuc doğranmış cəfəri,
    Duz,
    İstiot,

    Hazırlanması:
    Heyvaların təpələrini papaq kimi kəsin.
    İçərisini diqqətli oyun.
    Sonra bu heyvaharı limonlu suda saxlayın.
    Heyva dolması içini hazırlamaq üçün cəfərini, nanəni, soğanı incə doğrayın.
    Qiyməni , düyünü, duz, istiot ilə yaxşı-yaxşı yoğurun.
    Heyvaların içini bu qarışıqla doldurun.
    Qapaqlarını qapadın və qazana düzün.
    Başqa bir tavada kərə yağını əridin.
    Tomatı əlavə edib yüngülcə qovurun və 2 stəkan su əlavə edin.
    Duz və istiotu da əlavə edərək bir az qaynadın.
    Qaynayan tomatlı suyu heyvaların üzərinə əlavə edin və vam odda 1 saat bişirin.

    Nuş olsun!
#17.10.2016 11:58 0 0 0