Cənub bölgəsinə qar yağıb - FHN su basan ərazilərdən əhalini təxliyə edir

Son güncelleme: 18.10.2016 08:28
  • Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.
    noimage

    Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

    Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

    Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.

    - - - - -

    İki gündür yağan yağış Bakıda fəsadlar törədib.
    noimage

    Fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.

    Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyə edilib, Binəqədi şosesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. Əlavə məlumat veriləcək.
#18.10.2016 08:28 0 0 0