Pizza bombalar resept

Son güncelleme: 20.10.2016 17:24
  • noimage

    Tərkibi:
    ● Kolbasa (pepperoni) - 16 dilim
    ● Pendir (mosarella)
    ● Yağ (kərə) - 3 x.q.
    ● Sarımsaq - 2 diş
    ● Pendir (parmezan) sürtgəcdən keçirilmiş
    ● Quru italyan otları - 1 x.q.
    ● Duz - zövqə görə
    ● İstiot - zövqə görə
    ● Sous (marinara)
    ● Xəmir (biskvit) - 460 qr.

    Hazırlanması:
    1) Xəmiri 16 kündəyə bölün. Kündəni əlinizlə yastıladın;

    2) Xəmirin içinə qaşıqla bir az marinara sousu, 1 dilim pepperoni kolbasası, 1 kub mosarella pendiri qoyun;

    3) Kənarlarını birləşdirin, şar formasına salın. Diqqət etmək lazımdır ki, içlik hər tərəfdən örtülsün. SOBA listinə perqament kağızı sərin, yağlayın. Pizza - bombaları listə yığın;

    4) Ərinmiş kərə yağı, əzilmiş sarımsaq, duz, istiot, italyan otlarını bir qabda qarışdırın. Pizza-bombaların üzərinə çəkin, sonra sürtgəcdən keçirilmiş parmezan səpin;

    5) 190 dərəcə qızdırılmış SOBAda 15-20 dəq. bişirin. Bir az soyuyandan sonra süfrəyə verin.

    Nuş olsun!

    alıntı..
#20.10.2016 17:24 0 0 0