Üzərinə çəkmək üçün:
● Yumurta (toyuq) - 1 ədəd
● Küncüt
Hazırlanması:
1) Un, duz, şəkər tozu, qabartma tozunu ayrı bir qabda qarışdırın;
2) Kəsmiyə kərə yağı və yumurta əlavə edin, yaxşıca qarışdırın;
3) Una kəsmikli kütləni əlavə edin, xəmiri yaxşıca yoğurun. Elastik xəmir alınmalıdır. Xəmiri 10 dəq. kənara qoyun;
4) Bu müddətdə içliyi hazırlayın. Pendiri sürtgəcin xırda gözündən keçirin, xama və xırda doğranmış göyərti əlavə edin, qarışdırın;
5) Xəmiri iki hissəyə bölün, biri o birindən azacıq böyük olsun. Kündələyin. Un səpilmiş taxtada kündələri yayın (böyük və balaca yuxa alınır);
6) SOBA listinə perqament kağızı sərin, balaca yuxanı listə qoyun, kənarlarını su ilə isladın, içliyi hər tərəfinə bərabər yayın, böyük yuxanı üzərinə qoyun, kənarlarını balaca yuxanın altına qatlayın və çimdikləyin;
7) Üzərinə yumurta çəkin, küncüt səpin. 180 dərəcə qızdırılmış SOBAda 25 dəq. qızılı rəng alana qədər bişirin. Hazır yaymanı dəsmalla örtün və soyudun.