Kəsmikli keks

Son güncelleme:
  • noimage
    Tərkibi və istifadə olunan ərzaqlar

    3 ədəd yumurta
    2 stəkan şəkər tozu
    200 qr kəsmik
    2 x/q xama
    100 qr kərə yağı
    2 stəkan un
    qabartma tozu
    vanil

    Hazırlanma qaydası
    1 İnqredientlər hazırlanır.
    noimage

    2 Qoz biraz qovrulur və xırda hissələrə ayrılır.
    noimage

    3 Kərə yağı əridilir.
    noimage

    4 Yumurtanın üzərinə şəkər tozu əlavə olunur rəngi açılana kimi mikserlə qarışdırılır.
    noimage

    5 Yumurtalı qarışığa kəsmik, əridilmiş yağ və xama əlavə edilib yenidən mikserlə qarışdırılır.
    noimage

    6 Alınmış qarışığa un, qabartma tozu və vanil əlavə olunub silikon qaşıqla yaxşı qarışdırılır.
    noimage

    7 Keksın xəmiri hazır olduqda qoz əlavə olunub qarışdırılır.
    noimage

    8 Xəmir tavaya əlavə olunur və Keksın üzəri bəzəkli olması üçün şokolad qırıntılarından istifadə etmək olar.
    noimage

    10 Keks əvvəlcədən 190ºC isidilmiş sobada 25 dəqiqə bişirilir.
    noimage

    Nuş olsun!




0 0 0