Hazırlanması:
1) SOBAnı 160 dərəcəyə qədər qızdırın. Tavanın içinə yarıya qədər su tökün, SOBAnın alt gözünə qoyun, bu korjların yanmasının qarşısını alacaq. Yumru formanı yağlayın;
2) Mikserlə 450 q. krem pendiri (filadelfiya tipli) çalın, tədricən 130 q. şəkər tozu əlavə edin. Şəkər əriyən kimi 2 böyük yumurta əlavə edin, çalmağa davam edin. Xama, qaymaq, 1 ç.q. vanil ekstraktı əlavə edin, yaxşı qarışdırın. Formaya tökün, formanı SOBAnın mərkəzinə elə qoyun ki, su ilə olan qabın üstünə düşsün;
3) Çizkeyki 40-45 dəq. bişirin, 1 saat otaq temperaturunda soyudun. Sonra streç kağızına bükün və 4-5 saatlıq və ya bir gecəlik buzxanaya qoyun;
4) SOBAnı 160 dərəcəyə qədər qızdırın. 2 yumru formanı yağlayın. Un, 140 q. şəkər tozu, qəhvəyi şəkər tozu, qabartma tozu, duz, darçın, yamayka istiotu (ətirli istiot), üyüdülmüş muskat qozunu mikserlə çalın. Bitki yağı, 4 yumurta, 2 x.q. vanil ekstraktı əlavə edin, 2 dəq. mikserlə yaxşı qarışdırın. Xəmirə sürtgəcdən keçirilmiş yerkökü, 90 q. kokos qırıntısı, böyük olmayan ananas tikələri əlavə edin. Xəmiri 2 formaya tökün (təqribən hərəsinə 3 fincan), korjları 40-45 dəq. bişirin. Formada soyudun, sonra çıxardın və tam soyudun;
5) 225 q. kərə yağı və 225 q. krem pendir, 2,5 ç.q. vanil ekstraktını mikserlə orta sürətdə çalın, tədricən sürəti artırın, sonra hissə-hissə şəkər kirşanını əlavə edin;
6) Xəmirdən olan korju tort qabına qoyun, üzərinə 3 x.q. krem çəkin, üstünə cizkeyk korjunu qoyun, korjların qıraqlarını iti bıçaqla bərabərləşdirin, üzərinə 3 x.q. krem çəkin, üçüncü korju qoyun və qalmış kremı tortun hər tərəfinə çəkin. 30-45 dəq. soyuducuya qoyun;
7) Tortu bəzəmək üçün kokos qırıntısı, sürtgəcdən keçirilmiş yerkökü, qoz ləpəsi, muskat qozundan(üyüdülmüş) istifadə etmək olar. Tortu 1-2 saatlıq soyuducuya qoyun, sonra isə süfrəyə verin.