Sobada kartof ruleti

Son güncelleme: 30.10.2016 07:50
  • noimage

    Tərkibi:

    500 q kartof
    2 x.q. qarğıdalı nişastası
    duz
    150 q şampinyon
    1 baş soğan
    1 yerkökü
    40 ml günəbaxan yağı
    qara istiot

    Kartofu duzlu suda bişirin, suyunu bir qaba süzüb saxlayın.

    Kartofa nişasta əlavə edib əzin. Kartofun suyundan əlavə edib bərk xəmir halına gələnə qədər qarışdırın.

    Göbələyi fal-fal, soğanı kubik doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin.

    Tavada yağı qızdırın. Əvvəlcə göbələyi qovurun, sonra yerkökünü əlavə edin, duz-istiot vurun, 3-5 dəqiqə qovurun.

    Qida plyonkasının üzərinə kartof püresini 2 sm qalınlıqda yayın. Üzərinə içi yayın. Plyonkanın köməyi ilə rulet kimi bükün. Ruleti perqament döşənmiş siniyə qoyun. 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

    Süfrəyə xama və ya hər hansı ədviyyatlı sousla verə bilərsiniz.

    Nuş olsun!
#30.10.2016 07:50 0 0 0