Albuxarı ilə toyuq ruleti

Son güncelleme: 14.11.2016 10:13
  • noimage

    Tərkibi:

    600 q toyuq filesi
    200 q şampinyon
    150 q albuxarı
    50 q fıstıq
    qara üyüdülmüş istiot
    duz

    Toyuğun dərisini soyun (amma atmayın).
    Göbələyi doğrayıb (balacadırsa, bütöv də olar) qovurun, soyudun.

    Toyuq filesi ilə qara gavalını balaca doğrayın. Toyuq əti, göbələk, albuxarı, təmizlənmiş fıstıq, duz və istiotu qarışdırın. Bu qarışığı toyuq dərisinin içinə yığıb rulet kimi bükün. Sonra isə folqaya bükün. 200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Sobadan çıxarıb soyudun. Sonra isə 1 gecə soyuducuda saxlayın.

    Süfrəyə dilimləyərək verin.

    Nuş olsun!
#14.11.2016 10:13 0 0 0