Olivye salatı

Son güncelleme: 14.11.2016 10:23
  • noimage

    Tərkibi:
    300 q toyuq filesi
    300 q şampinyon
    2 yerkökü
    3 soğan
    250 q bərk pendir
    5 yumurta
    150 q mayonez
    3 x.q. bitki yağı
    3 marinə edilmiş xiyar

    Hazırlanması:
    Toyuq filesini suda bişirib soyudun.
    Yerkökünü sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Soğanı və yerkökünü ayrılıqda bitki yağında qızardın. Dərin qaba yığın.
    Göbələyi nazik doğrayıb tavada suyu çəkilincə bişirin, qızardın, yerköküyə qatın.
    Toyuq əti, xiyar və bişmiş yumurtanı kubik doğrayın. Pendiri sürtgəcdən keçirin. Hamısını qarışdırıb duz, mayonez vurun. Soyuducuda bir neçə saat saxlayın.

    Nuş olsun!

    alıntı..
#14.11.2016 10:23 0 0 0