Çakopuli

Son güncelleme: 14.11.2016 10:30
  • noimage

    Tərkibi:
    1 kq quzu əti
    500 q göy soğan
    2 dəstə tərxun
    1 dəstə keşniş
    2 st. tkemali (turş, balaca alça)
    1,5-2 st. ağ şirin şərab
    2 diş sarımsaq
    0,5 ədəd acı yaşıl istiot
    1 ç.q. xmeli-suneli
    duz
    təzə üyüdülmüş qara istiot

    Hazırlanması:
    Əti quşbaşı doğrayın. Tavaya yığın. Göyərti, sarımsaq və soğanı xırdalayıb iki yerə bölün. Bir hissəsini ətə qatın, şərabı və alçaların yarısını əlavə edin.
    Tavanı çox iti odun üzərinə qoyun. Qaynara düşəndən sonra ocağı azaldıb 40-50 dəqiqə ağzı bağlı halda bişirin. Göyərtinin, soğanın və alçanın qalanını əlavə edin, qapağını örtüb daha 10-15 dəqiqə bişirin. Ocağı söndürüb 15 dəqiqə dəmdə saxlayın.

    Nuş olsun!

    alıntı..
#14.11.2016 10:30 0 0 0
  • Çakopuli Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.