Hansı ölkənin polisi hansı avtomobildən istifadə edir

Son güncelleme: 14.11.2016 12:54
  • Bəzi ölkələr öz gücünü və sərvətini sərgiləmək üçün polisini bahalı avtomobillərlə təmin edir.

    Həmin bahalı polis avtomobillərini təqdim edir.

    noimage

    Lykan Hypersport, BƏƏ
    Qiymət: 2,7 milyon funt
    Keçən ilin yayında Ərəb Əmirliyinin polis maşınları yerli istehsal olunan avtomobillərlə əvəzləndi. Lykan Hypersport avtomobili 700 at gücü və almaz fənərləri ilə fəxr edə bilər. O zaman bu avtomobildən cəmi 7 dənə buraxılmışdı.

    noimage
    Bugatti Veyron, BƏƏ
    Qiymət: 1,3 milyon funt
    Öz istehsalı olan superkarlardan başqa Əmirlik daha başqa elit avtomobilləri ilə öyünə bilər. Məsələn, 2014-cü ilə Dubay polisi üçün ayrılmış Bugatti Veyron kimi. Bu avtomobil bir neçə il ən sürətli avtomobil seçilib. Bugatti Veyronda başqa avtomobillər kimi yalnız rəsmi görüşlər və Ərəb Əmirliyinin sərvətini sərgiləmək üçün nəzərdə tutulub. Dubay polisinin dayanacağında Aston Martin One-77, Lamborghini Aventador, Audi R8, Ferrari FF kimi avtomobillər var.

    noimage
    Mercedes Benz Brabus Rocket CLS, Almanya
    Qiyməti: 472 min funt
    Almanya öz polislərini yerli avtomobillərlə təmin edir. Onlardan biri Brabus Rocketd avtomobilidir. 2006-cı ildə Brabus nəinki ən sürətli polis avtomobili, həmdə dünyanın ən sürətli minik avtomobili seçilib. 29,5 saniyə ərzində saatda 300 km\s qədər sürət yığa bilir.

    noimage
    Caparo T1, İngiltərə
    Qiyməti: 235 min funt
    İngilis polisinin xidmətində britaniya istehsalçısı olan Caparo Vehicle Technologies tərəfində istehsal olunan iki oturacaqlı avtomobili var. Onun maksimal sürəti saatda 322 kilometrdir. O, 5 saniyə ərzində 160 km-ə kimi sürət yığa bilir. Lakin bu avtomobil yalnız düz yollar üçün nəzərdə tutulub.

    noimage
    Porsche Panamera, Avstraliya
    Qiymət: 160 min funt
    Hüquq mühafizə orqanlarının əməkdaşları bu avtomobili yalnız nümayiş və bayram şənliklərində istifadə edirlər. Bu avtomobilin analoqu Qatarda da var. Hətta bu avtomobillər Qatarda Avstraliyadan bir neçə il əvvəl polislərin əmrinə verilib. Yeri gəlmişkən Porsche Panamera sürəti 318 km\s.

    noimage
    Spyker C8, Niderland
    Qiymət: 140 min funt
    Niderland da öz istehsalatına üstünlük verir. Spyker C8 avtomobili sürəti 300 km\s, 4.5 saniyə isə 100 km\s qədər sürət yığa bilir. Avtomobil xüsusi günlər üçün nəzərdə tutulub.

    noimage
    Nissan GT-R, ABŞ
    Qiymət: 94 min funt
    "Forsaj" filmində çəkilən avtomobil amerika polisinin xidmətindədir. Bu avtomobil polisin gizli əməliyyatları üçün nəzərdə tutulub. Cinayətkarın bu avtomobildən çərin ki canı qurtarar. Çünki cəmi 2 saniyədə avtomobil 100 km\s sürət yığa bilir.

    noimage
    Chevrolet Corvette, Almanya
    Qimət: 45 min funt
    Keçən il alman polisləri yeni Chevrolet Corvette avtombilləri ilə təmin edildi. 4 saniyə ərzində avtomobil 100\s kimi sürət yığa bilir. Maksimal sürət isə 290 km\s. Bu polis avtomobilləri sirf rəsmi nümayışlır üçün nəzərdə tutulub.

    noimage
    Lotus Evora S, İngiltərə
    Qiymət: 37 min funt
    Britan avtomobil istehsalçısı Lotus bir neçə il əvvəl ingiltərə polislərinə yeni Lotus Evora S hədiyyə etdi. Avtomobilin sürəti 280km\s, 5 saniyədə isə 100km\s qədər sürət yığa bilir. Bu avtomobildən Milanın və Romanın ictimai xidmətində də var. Yeri gəlmişkən italyanlar avtomobili soyuducu ilə təchiz edərək ondan orqan transplantasiyasında və qanköçürmədə istifadə edirlər.

    noimage
    Dodge Charger Charger Pursuit, ABŞ
    Qiymət: 35 min funt
    Amerika polisləri çoxdan öz istehsalları olan Dodge Charger avtomobilindən istifadə edirlər. Keçən ildən başlayaraq onlar xüsusi təchiz olunmuş Pursuit avtomobillərinə əyləşdilər. Təkcə Koliforniya yay ərzində 600 belə avtomobil sifariş edib. Dodge Charger Charger Pursuit avtomobili 6 saniyə az bir vaxtda 100 km\s qədər sürət yığa bilir.

    alıntı
#14.11.2016 12:54 0 0 0